Qorxmaz Hüseynov vətəndaşları qəbul edəcək


Qorxmaz Hüseynov vətəndaşları qəbul edəcək


“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 16 avqust 2019-cu il tarixində Qazax şəhərində Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edəcək.

ASC-dən AFN-ə verilən məlumata görə, 19 avqust 2019-cu il tarixində “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarının sakinləri ilə görüşəcək. 20 avqust 2019-cu il tarixində isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Tovuz rayonu sakinlərini qəbul edəcək.

Qəbullar Qazax, Şəmkir və Tovuz rayon sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Tovuz rayon sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və office@azersu.az elektron poçtu vasitəsilə müraciət edə bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu