Göygöl rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

Xəbərin çap versiyası
Tarix: 8-08-2019, 15:15    |    Xəbər oxunub: 525 dəfə
Göygöl rayonunda kompleks mülki müdafiə təlimi keçirilib


2019-cu il üçün Mülki müdafiə tədbirləri planına müvafiq olaraq, bu gün Göygöl rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

APA -nın yerli bürosunun məlumatına görə, təlim zamanı şərti olaraq yanğın, torpaq sürşməsi, içməli su hövzələrinin kimyəvi maddələrlə zəhərlənməsi və bu kimi hallar canlandırılıb, onların aradan qaldırılması nümayiş olunub. Məqsəd mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, mülki müdafiə idarəetmə orqanlarının və rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə olunması zamanı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə əməli vərdişlərinin aşılanmasından ibarət olub. Əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının, eləcə də mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
Göygöl rayonunun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin 254 nəfər şəxsi heyəti, 56 ədəd texnikası, həmçinin Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin texnikasının cəlb olunduğu təlimdə rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Pilotun xanımı:

Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - FOTOLAR

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Pediatr Mehriban Əliyevaya müraciət etdi:

Pediatr Mehriban Əliyevaya müraciət etdi: "Yersiz süni qida təyin edən həkimə cəza verilsin!"

"Aspor" idman kanalından Əbülfəz Elçibəyə böyük sayğı - VİDEO

Bakıda bazarda güclü yanğın başladı -

Bakıda bazarda güclü yanğın başladı - VİDEO

ADAU Şəmkirdə fermerlərə təlim keçib

ADAU Şəmkirdə fermerlərə təlim keçib

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı -

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı - TƏHLİL

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş –

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş – həm də 95 yaşında...

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə rəsmi münasibət-VİDEO

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur