BNA yağışlı hava ilə əlaqədar tədbirlər həyata keçirib


BNA yağışlı hava ilə əlaqədar tədbirlər həyata keçirib


Yağışlı hava şəraitində yollarda hərəkətin təşkili, sıxlıq və tıxaca səbəb olan süni amillərin vaxtında aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Qurumun mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, səhər pik saatlarında metronun “Gənclik”, “20 Yanvar” və “Neftçilər” stansiyalarının ətrafı kimi vacib nəqliyyat axınının çox olduğu küçə və prospektlərdəki dayanacaq məntəqələrinin ərazisinə nəzarət gücləndirilib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində qısa vaxtda avtobus dayanacaq məntəqələrinin ərazisi taksi minik avtomobillərindən təmizlənib, sərnişinlərin ictimai nəqliyyatdan rahat, təhlükəsiz və maneəsiz hərəkəti təmin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu