Qurbanlıq diri heyvan kəsimi və satışı aparılan yerlərdə dezinfeksiya işlərinə başlanılıb

Xəbərin çap versiyası
Tarix: 14-08-2019, 16:50    |    Xəbər oxunub: 513 dəfə
Qurbanlıq diri heyvan kəsimi və satışı aparılan yerlərdə dezinfeksiya işlərinə başlanılıb


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən bu gün səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına icazə verilmiş yerlərdə dezinfeksiya tədbirinə başlanılıb.

Nazirlikdən AFN-ə verilən məlumata görə, profilaktik dezinfeksiya tədbiri müvafiq qurumlar tərəfindən müəyyən edilmiş diri heyvanların satışının aparılması nəzərdə tutulan yerlərdə ödənişsiz əsaslarla icra olunur. Tədbirlər obyekt sahibləri tərəfindən ərazidə mexaniki təmizlik aparıldıqdan sonra həyata keçirilir.

Profilaktik məqsədlə aparılan dezinfeksiya işində kimyəvi məhlullar əraziyə xüsusi maşınlarla güclü axın şəklində səpilir, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə aparılır.

Obyektlər dezinfeksiya tədbirlərindən sonra təsərrüfat sahiblərinin istifadəsinə verilir, bununla da heyvan satışı üçün ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunur.

Qeyd edək ki, heyvan satışı və kəsim yerlərində dezinfeksiya işlərinin avqustun 16-da yekunlaşması nəzərdə tutulur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Pilotun xanımı:

Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - FOTOLAR

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Pediatr Mehriban Əliyevaya müraciət etdi:

Pediatr Mehriban Əliyevaya müraciət etdi: "Yersiz süni qida təyin edən həkimə cəza verilsin!"

"Aspor" idman kanalından Əbülfəz Elçibəyə böyük sayğı - VİDEO

Bakıda bazarda güclü yanğın başladı -

Bakıda bazarda güclü yanğın başladı - VİDEO

ADAU Şəmkirdə fermerlərə təlim keçib

ADAU Şəmkirdə fermerlərə təlim keçib

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı -

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı - TƏHLİL

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş –

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş – həm də 95 yaşında...

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə rəsmi münasibət-VİDEO

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur