Bu gün bəzi ərazilərdə qaz olmayacaq


Bu gün bəzi ərazilərdə qaz olmayacaq


Bu gün saat 09:00-dan etibarən işlər başa çatanadək Abşeron rayonu Ceyranbatan, Saray, Müşviqabad, 28 may qəsəbələri, Çayli-Qobustan yaşayış massivi, eləcə də Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək, Çiçək qəsəbələri və Qaçqınlar şəhərciyində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən AFN-ə verilən məlumata görə, bu müddət ərzində Qaz İxrac İdarəsinin balansında olan “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin bir hissəsinin dayaqlar üzərinə qaldırılması işləri aparılacaq.

Bu gün saat 10:00-dan etibarən orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar Abşeron rayonunun Xırdalan kəndi, “Mexkalon” adlanan yaşayış massivində bir qrup istehlakçının qaz təchizatı da dayandırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu