Gəncə, Göyçay, Sabunçu və Suraxanıda qaz kəsilib - AÇIQLAMA


Gəncə, Göyçay, Sabunçu və Suraxanıda qaz kəsilib -


Bu gün səhər saat 09:00-dan Gəncə şəhərində bir qrup abonentin qaz təchizatı dayandırılıb.

AFN-ə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, bu müddətdə aşkar edilən qaz sızmalarının ləğvi və yeni çəkilən qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri icra olunacaq.
Saat 09:30-dan 17:30-dək isə Göyçay rayonunun bir neçə kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xətlərində sazlama işləri aparıldığından təchizatda dayandırmalar olacaq.
Avqustun 21-də səhər saat 10.00-dan Sabunçu rayonunun Pirşağı, Nardaran qəsəbələri, Bilgəh qəsəbəsinin bir hissəsində, 2-ci Sovxoz yaşayış massivində, Ağstafa rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində, Suraxanı rayonunun Hövsan qəsəbəsində də qaz təchizatında məhdudiyyətlər tətbiq ediləcək. Bu müddət ərzində qaz xətlərində mənbəyə birləşdirmə, təmir-bərpa və quraşdırma işləri aparılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu