ADAU Şəmkirdə fermerlərə təlim keçib


ADAU Şəmkirdə fermerlərə təlim keçib


Şəmkir rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) Bitkiçilik və bitki mühafizəsi kafedrasının əməkdaşları Fəqan Ağayev və Sahil Quliyev tərəfindən “Örtülü və açıq sahədə tərəvəz yetişdiriciliyi, onları xəstəlik və zərərvericilərdən mühafizəsi” adlı növbəti təlim keçib.



Təlimdə məqsəd yenibecərmə texnologiyaları və mübarizə üsullarını fermerlərə çatdırmaq olub. Təlimçilər tərəvəz bitkilərinin, xəstəlik və zərərvericiləri ilə mübarizədə yeni pestisidlərdən istifadə, pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydaları, inteqrir mübarizəyə keçidin təməl prinsipləri və yeni innovativ texnologiyaların tətbiqi kimi bir çox mövzular barədə iştirakçılara məlumat verib.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb və fermerlər tərəfindən verilən suallar ətraflı şəkildə cavablandırılıb.

ADAU Şəmkirdə fermerlərə təlim keçib
ADAU Şəmkirdə fermerlərə təlim keçib
ADAU Şəmkirdə fermerlərə təlim keçib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu