“Berqa” müştərilərinə 6 "Nissan Kicks" qazandıracaq


“Berqa” müştərilərinə 6 "Nissan Kicks" qazandıracaq


Ölkəmizdə yerli istehsal çay markalarından olan “Berqa” istehlakçılarına "Nissan Kicks" qazandıracaq.

AFN xəbər verir ki, “Berqa” çayı ilə xoşbəxt həyat sürün” adlı lotereya çərçivəsində hər ay 2 şanslı istehlakçı "Nissan Kicks" qazanacaq. 1 sentyabr – 30 noyabr ərzində keçiriləcək lotereya oyunu çərçivəsində avtomobillər qaliblərinə təqdim ediləcək. Lotereyada iştirak etmək isə çox asandır. Bunun üçün marketlərdən uduşlu “Berqa” çayı almaq, qutunun qapağının altındakı şifrəni ad, soyad və ünvanla birlikdə "Azercell" və "Bakcell" nömrələrindən 8825-ə göndərmək və qutunu saxlamaq lazımdır. Şifrəniz qalib gələrsə qutunu “Berqa” rəsmisinə təqdim edəcəksiniz. Jurnalistlər və satış nümayəndələri üçün təşkil edilmiş tədbirdə çıxış edən “Berqa” çayının rəsmisi lotereyada 450 qramlıq Berga Ətirli və 450 qramlıq Berqa English Breakfast çaylarının iştirak edəcəyini qeyd etdi.

“Berqa” müştərilərinə 6 "Nissan Kicks" qazandıracaq
“Berqa” müştərilərinə 6 "Nissan Kicks" qazandıracaq
“Berqa” müştərilərinə 6 "Nissan Kicks" qazandıracaq
“Berqa” müştərilərinə 6 "Nissan Kicks" qazandıracaq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu