Arif Hacılı sərbəst buraxıldı


Arif Hacılı sərbəst buraxıldı


Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.



Qaynarinfo-nun xəbərinə görə, bu barədə "facebook"da partiya sədri özü məlumat verib.

Qeyd edək ki, A.Hacılı bu gün polis əməkdaşları tərəfindən saxlanılıb və polis bölməsinə aparılmışdı.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-də BŞİH-in binası qarşısında piket keçirməsi ilə bağlı müraciətinə cavab verərək, piketin keçirilməsini məqsədəuyğun saymadığını bildirib. Daha sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu