Bələdiyyə üzvü seçilən qadınların sayı açıqlandı


Bələdiyyə üzvü seçilən qadınların sayı açıqlandı


Dekabrın 23-də keçirilən bələdiyyə seçkisində qalib gələn qadınların sayı 5882 nəfər təşkil edib.



Bu barədə Qaynarinfo-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən bu ilki bələdiyyə seçkisində seçilən qadınların sayı ümumi qalib gələn namizədlərin 38,81%-ni təşkil edib.

Seçilən kişilərin sayı isə 9272 nəfərdir. Əvvəlki seçkilərlə müqayisədə bu, Azərbaycan tarixində ilk belə göstəricidir.

"Müqayisə üçün, 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində qadınlar 4 faiz təşkil edirdisə, 2009-cu ildə 26.7 faiz təşkil edirdi. 2014-cü ildə isə 35 faiz seçilmişdi. Azərbaycan tarixində ilk dəfədir ki, seçkili orqanlarda qadınların təmsilçiliyi 39 faizə qədər yüksəlib”, - deyə Dövlət Komitəsindən bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu