Hərbi Prokurorluq: Serj Sarqsyan və Robert Köçəryanla bağlı istintaq davam etdirilir


Hərbi Prokurorluq: Serj Sarqsyan və Robert Köçəryanla bağlı istintaq davam etdirilir
Hərbi Prokurorluq: Serj Sarqsyan və Robert Köçəryanla bağlı istintaq davam etdirilir


“Ermənistanın sabiq prezidenti Serj Sarqsyan və Robert Köçəryanla bağlı hazırda istintaq davam etdirilir”.


Bunu Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.

O xatırladıb ki, Xocalıya hücum zamanı 613 nəfər qətlə yetirilib: "Xocalı soyqırımı zamanı şəhərin 5 379 nəfər əhalisi deportasiya olunub”.

"Cinayət işi üzrə 5 istiqamət müəyyən edilib. Cinayət işinin istintaqı zamanı 39 nəfər Xocalı soyqıırmı, 3 nəfər terror cinayətləri, ümumilikdə isə 305 şəxsin əməlləri isə Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan hallar üzrə sübuta yetirilib. Axtarışların təmin edilməsindən ötrü müvafiq təşkilatlara göndərilib. Onlardan 2 nəfər cinayət məsuliyyətinə cəlb edilib”, - E.Tağıyev əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu