“Baron Seyid” ləqəbli narkotacir tutuldu - FOTO


“Baron Seyid” ləqəbli narkotacir tutuldu -


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.



Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AFN-ə verilən xəbərə görə, polis rayonun Xırmandalı kəndi ərazisində Quba rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Rüstəmov və Şamaxı rayon sakini Natiq Mehdiyev sonuncunun idarə etdiyi “Kia Rio” markalı avtomobildə saxlanılıb.

Onlardan 2 kiloqram 810 qram psixotrop maddə metamfetamin, 351 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərdən A.Rüstəmov qeyd olunan psixotrop maddə və narkotik vasitəni İran vətəndaşı “Baba” adlı şəxs vasitəsi ilə ölkə ərazisinə gətirdiyini və hazırda Bakı şəhərində yaşayan Cəlilabad sakini, “Baron Seyid” ləqəbli Elsevər Salmanlıya çatdırmalı olduğunu bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E.Salmanlı Yasamal rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu