Pula toxunmaqla koronavirusa yoluxmaq mümkündürmü? - RƏSMİ


Pula toxunmaqla koronavirusa yoluxmaq mümkündürmü? -


TƏBİB pul vasitəsilə koronavirusa yoluxmanın mümkünlüyünə aydınlıq gətirib.

“Report” xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva hələlik Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ödənişlə bağlı tövsiyəsini qərargahın tövsiyələri sırasına daxil etmədiklərini deyib.

O qeyd edib ki, bütün hallarda belə ÜST-nin tövsiyələrinə riayət etməyə çalışırlar: “Hamı da bu tövsiyələrə riayət etsə, yaxşı olar”.

Kağız pullar vasitəsilə insanlara hər hansı bakteriyanın ötürülməsinə münasibət bildirən Y.Qarayeva vurğulayıb ki, əgər hər hansı obyekt daha çox insan əlinə dəyirsə, bu halda mikrobioloji çirklənmə baş verir: “Dəfələrlə qeyd etmişik ki, bu koronavirus növü ətraf mühitdə çox davamlı deyil və ətrafda olan əşyaların üzərindəki canlılığını itirir. Birinci tövsiyəmiz odur ki, istər pul, istərsə də digər əşyalara toxunduqdan sonra gigiyenik qaydalara əməl edib əlləri yumaq lazımdır”.

Baş infeksionist Cəlal İsayev isə əlavə edib ki, indiyədək pulun heç bir infeksiya mənbəyi kimi rolu olmayıb: “Bu sıraya mobil telefon və s. də aiddir. Pul vasitəsilə koronavirusa yoluxma ehtimalı yoxdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu