Azərbaycanda olan Çin vətəndaşlarının sayı açıqlanıb


Azərbaycanda olan Çin vətəndaşlarının sayı açıqlanıb


"Çində koronavirus təhlükəsi ilə bağlı Azərbaycanla-Çin arasında aviareyslər məhdudlaşdırılıb. Həmçinin ölkəmizə gələn əcnəbilərin sayı azalıb, çünki elektron vizaların verilməsi məhdudlaşdırılıb”.

APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib k, Azərbaycanda olan Çin vətəndaşlarının martın 3-nə olan sayı 539 nəfərdir.

“Onlardan 69-u fevralın 1-dən sonra Azərbaycana gəlib. Onların ölkədə olma müddəti bitirsə, ölkəni tərk etmələri mümkün deyilsə, DMX tərəfindən vəziyyət nəzərə alınır”, - deyə DMX rəisi vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu