Şəhid əsgərimizlə vida mərasimi keçirilir


Şəhid əsgərimizlə vida mərasimi keçirilir


Erməni təxribatı nəticəsində şəhid olan sərhədçi əsgər ilə vida mərasimi keçirilir.

APA-nın cənub bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Orxan Nazim oğlu Paşazadənin cənazəsi yaşadığı Cəlilabad rayonunun Cəfərxanlı kəndinə gətirilib.

Vida mərasimində Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin, rayon rəhbərliyi, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhə­dindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. Düşmən snayperi tərəfin­dən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb, dərhal Qazax rayo­nunun dia­qnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Şəhid əsgərimizlə vida mərasimi keçirilir
Şəhid əsgərimizlə vida mərasimi keçirilir



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu