"ASCO Nəqliyyat" MMC-də dezinfeksiya işləri aparılıb


"ASCO Nəqliyyat" MMC-də dezinfeksiya işləri aparılıb


Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri "ASCO Nəqliyyat" MMC-də aparılıb. MMC-nin inzibati binası və ərazisi ilə yanaşı, bütün nəqliyyat vasitələri də dezinfeksiya edilib.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Koronavirusla bağlı ASCO-nun struktur idarələrində əməkdaşlar arasında maarifləndirmə tədbirləri də davam etdirilir. Həmçinin, şirkətdə rəhbər şəxslərdən ibarət qərargah və (050) 274 30 82 nömrəli “qaynar xətt” də fəaliyyət göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu