Ermənistan böhrandan çıxmağa hazır deyil


Ermənistan böhrandan çıxmağa hazır deyil


Ermənistan hakimiyyəti dünyadakı maliyyə-iqtisadi böhran şəraitində fəaliyyət göstərməyə hazır deyil.

“Report” xəbər verir ki, bunu ölkədə çıxan “Past” qəzeti yazıb.

Ermənistandakı iqtisadi vəziyyətin təhlil olunduğu məqalədə vurğulanıb ki, mövcud iqtisadi böhran 2008-ci ildəkindən də ağır ola bilər: “Avropa Mərkəzi Bankı Avropa ölkələrinə iqtisadi fəaliyyət üçün 25 milyard avro ayırıb. Ancaq Ermənistandakı vəziyyət hələlik məlum deyil. Mütəxəssislər bildiriblər ki, yaranmış vəziyyətdən minimum itki ilə çıxmaq üçün reallığı, dövlətin malik olduğu ehtiyatları, hakimiyyətin böhrana qarşı hazırlığı dəyərləndirmək lazımdır”.

Məlumata görə, mütəxəssislər vəziyyətin müzakirə edilməsinə ehtiyac yarandığını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu