Vergi xidmətlərində məhdudiyyətlərin tətbiqinə başlanıldı - RƏSMİ


Vergi xidmətlərində məhdudiyyətlərin tətbiqinə başlanıldı -


Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyə və tələblərini nəzərə alaraq, vergi orqanları tərəfindən vətəndaşların qəbulu, habelə onlardan və vergi ödəyicilərindən daxil olan müraciətlərin qəbulu üzrə bir sıra məhdudlaşdırıcı tədbirlərin tətbiqinə başlanıb.

Vergilər Nazirliyindən AFN-ə verilən məlumata görə, vergi ödəyicilərinə xidmət mərkəzlərində çoxlu sayda insanın toplaşmasının qarşısının alınması məqsədi ilə 17 mart 2020-ci il tarixdən etibarən xidmət mərkəzlərində qəbul yalnız əvvəlcədən yazılmaqla həyata keçiriləcək. Bu məqsədlə qəbula əvvəlcədən yazılmaq üçün əlaqə telefon nömrələri ictimaiyyətin diqqətinə çatdırılıb və vergi ödəyicilərinə göstərilən 63 növ elektron xidmətlərdən maksimum dərəcədə yararlanmaq, xidmət mərkəzlərinə isə yalnız zəruri hallarda müraciət etmək tövsiyə olunub.

Göstərilən xidmətlərin tərkibində hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu ilə bağlı xidmətlərin xüsusi çəkisinin yüksək olduğunu nəzərə alaraq, bu müraciətlərlə bağlı xüsusi rejim müəyyən edilib. Belə ki, hüquqi ünvanı Bakı şəhərində olan hüquqi şəxslər, o cümlədən xarici investisiyalı şirkətlər və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qeydiyyatı Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində aparılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu