Melaniya Tramp COVID-19 üçün testdən keçdi


Melaniya Tramp COVID-19 üçün testdən keçdi


ABŞ prezidenti Donald Tramp birinci xanım Melaniya Trampın COVID-19 üçün testdən keçməsi və nəticənin mənfi çıxması barədə məlumatı təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu haqda Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı məlumat verirb. "Melaniya yaxşıdır. Testin cavabı mənfi çıxdı", - prezident deyib.

Tramp özü bir həftə əvvəl koronavirus üçün testlərdən keçib, onun da nəticəsi mənfi çıxıb. CNN xəbər verir ki, Ağ Evin sözçüsü Stefani Qrişam Amerika liderinin xanımı Tramp ilə eyni axşam koronavirus testindən keçdiyini bildirib. Kanalın məlumatına görə, ABŞ-ın vitse-prezidenti Mayk Pens və həyat yoldaşı da koronavirus üçün testdən keçib, hər iki nəticə də mənfi olub.

Son məlumatlara görə, ABŞ-da 43 mindən çox koronavirus hadisəsi qeydə alınıb, 500-dən çox insan ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu