Azərbaycan elektrik enerjisi ixracını 2 dəfəyə yaxın azaldıb


 Azərbaycan elektrik enerjisi ixracını 2 dəfəyə yaxın azaldıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycan 17,848 milyon ABŞ dolları dəyərində 374,632 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 41,4% və 46,6% azdır.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,55%, qeyri-neft sektoru üzrə ixracda isə 6% paya malik olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu