Qubada xüsusi karantin rejimini pozan şəxslər cərimələndi


Qubada xüsusi karantin rejimini pozan şəxslər cərimələndi


Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AFN-ə verilən məlumata görə, bu kimi neqativ halların qarşısının alınması üçün Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirilirlər.

Polis əməkdaşları vətəndaşlarla profilaktik söhbətlər apararaq, onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırıblar.

Lakin keçirilən tədbirlər zamanı edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər də aşkarlanıb. Onlar arasında günün gündüz və gücə vaxtlarında elan edilən bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətləri pozanlar da var.

Həmin şəxslər barəsində Quba RPŞ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu