Aqil Acalov xristianların müqəddəs Pasxa bayramı münasibətilə təbrik ünvanlayıb


Aqil Acalov xristianların müqəddəs Pasxa bayramı münasibətilə təbrik ünvanlayıb


Azərbaycan müxtəlif din nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrinin öz yeri, öz ibadət tərzi var. Tarix boyu ölkəmizdə ayrı-ayrı dini etiqad və inanclara malik qrupların əmin-amanlıq şəraitində yaşaması, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımızın humanizm və çoxmillətlilik dəyərlərinin əvəzedilməz rolu var.



AFN xəbər verir ki, bunu iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai xadim Aqil Acalov xristianların müqəddəs Pasxa bayramı münasibətilə ünvanladığı təbrik məktubunda deyib. O, daha sonra qeyd edib: "Bir keyfiyyət olmaqla yanaşı, həm də həyat tərzi olan tolerantlıq bizim dövlət olaraq, cəmiyyət olaraq fərqliliyimiz və zənginliyimizin təzahürüdür. Tarixən formalaşmış tolerantlıq və dözümlülük cəmiyyətimizi səciyyələndirən gözəl bir ənənə olmaqla ölkəmizin dini, etnik, mədəni, siyasi, elmi sahələrdə tolerantlıq baxımından dünya üçün nümunəyə çevrilməsinə zəmin yaratmışdır. Beləki, Azərbaycanın tolerantlıq modelinin əsasında xalqın dərin tarixə əsaslanan milli mədəni xüsusiyyətləri və unikal tolerantlıq modelinin formalaşdırılması istiqamətində aparılan məqsədyönlü siyasət dayanır.
Əsrlərə dayanan bu milli xüsusiyyətimizə əsaslanaraq sizi - Azərbaycanın pravoslav-xristian icması,dəyərli həmvətənlərim, xristianların müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və bayram əhval-ruhiyyəsi arzulayıram.
Multikultural,tolerant Azərbaycanımızın rifah və xoşbəxt gələcəyi naminə daima birlik və bərabərlik içərisidə yaşamağınızı diləyirəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu