Bu nazirlikdə koronavirusa görə müavinlərin sayı artırıldı


Bu nazirlikdə koronavirusa görə müavinlərin sayı artırıldı


Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb.

AFN xəbər verir ki, bu addım Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin daha operativ təşkilini təmin etmək məqsədi daşıyır.

Eyni zamanda Səhiyyə Nazirliyində 3 ştat vahidindən ibarət Sanitar epidemioloji nəzarət sektoru yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı sərəncamla Zeynəb Natiq qızı Mustafayeva Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini təyin olunub.

Qeyd edək ki, Z.Mustafayeva bundan əvvəl Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu