Koronavirusa qarşı vaksini hazırlamaq çətindir - ÜST


Koronavirusa qarşı vaksini hazırlamaq çətindir -


“COVID-19-a qarşı 100-dən çox peyvəndimiz var. Ancaq koronaviruslar çox aldadıcı viruslardır. Bu tip viruslara qarşı peyvənd hazırlamaq olduqca çətindir”.

“Report” DHA-ya istinadən xəbər verir ki, bunu ÜST-nin sözçüsü Marqaret Harris deyib.

“ABŞ və Braziliyada epidemiyanın başlanğıcından bu yana etdiyimiz bütün xəbərdarlıqlar ciddiyə alınmayıb”, - təşkilat sözçüsü əlavə edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,2 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 287 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu