Vilayət Eyvazovdan yeni təyinat


Vilayət Eyvazovdan yeni təyinat


Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

AFN oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu nəqliyyatında polis idarəsinin Gəncə xətt şöbəsinin Əməliyyat üzrə rəis müavini, polis mayoru İsa Çıraqov vəzifəsindən azad olunub.

O, Zaqatala Rayon Polis Şöbəsinin istintaq bölməsinə müstəntiq təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu