Övladlarına tərbiyə verməyən 180 valideyn cəzalandırılıb


 Övladlarına tərbiyə verməyən 180 valideyn cəzalandırılıb


“Məcburi əməyin qarşısının alınması, bu əməllərə şərait yaradan halların aradan qaldırılması istiqamətində də lazımi tədbirlər həyata keçirilir”.

AFN
"Report”a istinadla xəbər verir ki, bunu Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının (2019) müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov deyib.

Onun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində 120 tikinti obyektində 351 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkar edilib: “Bununla bağlı ümumilikdə 454 min manat inzibati cərimə tətbiq edilib. Vurğulandı ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə aparılan sosial islahatlar nəticəsində 2018-ci illə müqayisədə ötən il ölkə üzrə bağlanılan əmək müqavilələrinin sayında 153 min artım qeydə alınıb”.

H.Aslanov qeyd edib ki, uşaq əməyinin istismarının qarşısının alınması sahəsində görülən tədbirlər çərçivəsində övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu