Filizçay yatağı ölkəmizə milyardlar qazandıracaq - VİDEO


Filizçay yatağı ölkəmizə milyardlar qazandıracaq -


Avropada 2-ci ən böyük yataq hesab edilən və dünya miqyasında polimetal yataqlarının ilk onluğuna daxil olan “Filizçay” yatağında hazırda aktiv kəşfiyyat işləri aparılır.

AFN BAKU.TV-yə istinadən xəbər verir ki, cari ildə 14 min metr dərinlikdə qazma işlərinin görülməsi planlaşdırılır.

Bununla yanaşı, ərazidə hidroloji monitorinqin aparılması üçün müvafiq hazırlıq işləri də görülür. “Azergold” QSC-nin şöbə müdiri Leyla Sadıxova bildirir ki, layihədən asılı olaraq, istismara başlamaq üçün orta hesabla beş-səkkiz il arasında vaxt tələb olunur.

“Bütün bunlar nəzərə alınaraq, Filizçay yatağının istismara verilməsi 2027-ci il üçün planlaşdırılırdı.

Lakin bütün səylərimizi səfərbər edərək, layihənin icrasını optimallaşdırmağa nail olduq və deyə bilərik ki, yatağın istismarına əvvəlcə planlaşdırılan müddətdən iki il daha tez, yəni 2025-ci ildə başlamaq mümkün olacaq".

Nəzərə almaq lazımdır ki, “Filizçay” yatağı ilə bağlı bütün məlumatlar Sovet dövrünə aiddir. Bu məlumatların beynəlxalq standartlara uyğun yenilənməsi prosesi kifayət qədər vaxt tələb edir.

Bu baxımdan yatağın 1-ci fazası üçün ilkin hesablanmış sink, qızıl, gümüş, mis və qurğuşundan ibarət filiz ehtiyatları 60 milyon tona yaxın proqnozlaşdırılırdısa, planlaşdırılan tədqiqat işləri nəticəsində yatağın ümumi filiz ehtiyatlarının 120 milyon tona kimi artırılması da gözlənilir.

“Filizçay yatağının istismarı müddətində ölkə iqtisadiyyatına təqribən 10 milyard manat vəsaitin cəlb edilməsi, eləcə də dövlət büdcəsində 1 milyard manat həcmində verginin ödənilməsi planlaşdırılır. Bundan əlavə, yatağın istismarı 1 000-dən çox yeni iş yerinin açılması deməkdir. Filizçay layihəsinin icrası ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına öz əhəmiyyətli töhfəsini verəcək.” –deyə Leyla Sadıxova bildirir.

Filizçay yatağı AzerGold” QSC-nin istismarına hazırlıq gördüyü ən böyük layihəsidir. Ekspertlərin fikrincə yatağın sənaye ehtiyatları əsasında yüksəkgəlirli dağ-mədən-metallurgiya kompleksini 50 ildən çox dövrə yetəcək xammal təminatı ilə təmin etmək olar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu