“Əmindim ki, bu uşaq qaraçı qrupuna aiddir, atası isə...” - Kəmalə Ağazadə


“Əmindim ki, bu uşaq qaraçı qrupuna aiddir, atası isə...” -


"Burada cinayət işi var. Ata cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə dilənmək istəməyən 11 yaşlı uşağın atası tərəfindən işgəncələrə məruz qalmasından danışarkən deyib.

Kəmalə Ağazadə qeyd edib ki, uşaq mütləq qaydada həmin ailədən təcrid olunmalıdır:

"Mən bu məlumatla tanış olanda əmindim ki, bu uşaq qaraçı qrupuna aid, atası da narkotik istifadəçisi olacaq. Çünki narkotik alidəçisi üçün ən rahat yol uşağı diləndirməkdir. Özü kimdən pul istəyəcək? Ya oğurluq eləməlidir, ya da dilənməlidir. Bu da onu özünə sığışdırmayıb, uşağını diləndirir”.

“Əmindim ki, bu uşaq qaraçı qrupuna aiddir, atası isə...” -


Sədr qeyd edib ki, bu, birinci fakt deyil:

"Bizim sığınacağa yerləşdirilən uşaqların əksəriyyəti başı çapıq və zədə içindədir. Onlar bu travmanı da bu səbəbdən alırlar”.

Qeyd edək ki, Bakıda bıçaqlanma hadisəsi baş verib. Hadisə Suraxanı rayonunda qeydə alınıb. Rayonda yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu dilənmək istəmədiyi üçün övladı, 2009-cu il təvəllüdlü A.Z-nin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu