Nərmin Quliyevanın atasından açıqlama


 Nərmin Quliyevanın atasından açıqlama


Bəzi internet saytlarında Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilərək öldürülən 10 yaşlı Nərmin Quliyevanın qəbrinin qazılması ilə bağlı yayılan məlumatlara atası Şərif Quliyev açıqlama verib.

BAKU.WS-in bölgə müxbirinə danışan Şərif Quliyev bu xəbərlərin tamamilə yalan olduğunu qeyd edib.

"Xəbəri bu gün oxudum. Tamamilə yalandır. Nərminin qəbrini ziyarət edib gəlmişik. Məzarın qazılması kimi ağılasığmaz, yalan xəbərlər mənə bir ata kimi, övladlarıma və həyat yoldaşıma çox ağır təsir edir.
Bu cür xəbərləri verməklə bizi daha da əsəbləşdirirlər. Xahiş edirəm bu cür yalan xəbərlər yazmasınlar, danışmasınlar. Artıq hüquq mühafizə orqanlarına müraciət edəcəm", - deyə Şərif Quliyev bildirib.

Qeyd edək ki, Nərmin Quliyeva 2019-cu ilin noyabr ayında itkin düşüb. Bir müddət sonra uşağın yanmış halda cəsədi tapılıb. Keçirilən əməliyyat istintaq tədbirləri ilə qətldə şübhəli bilinən Dondar Quşçu kənd sakini 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. Hazırda araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu