İndoneziyada 6,7 bal gücündə zəlzələ oldu
Adalar ölkəsi İndoneziyada 6,7 bal gücündə zəlzələ baş verib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, təkanlar Tobelo rayonundan 133 kilometr məsafədə, Sakit Okeanda yerin 120 kilometr dərinliyində meydana gəlib.
Amerika Geoloji Araşdırmalar Mərkəzi isə zəlzələnin 6,4 bal gücündə olduğunu hesablayıb.
Qeyd edək ki, İndoneziya Sakit Okean Alov Qövsünün üzərində yerləşir. Dünyadakı zəlzələlərin təxminən 90 faizi burada baş verir. Qövs eyni zamanda onlarla aktiv vulkana da ev sahibliyi edir.