Ermənistanın Baş Qərargah rəisi toy biabırçılığına görə istefa verdi


Ermənistanın Baş Qərargah rəisi toy biabırçılığına görə istefa verdi


Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan istefa verib.

Qaynarinfo erməni mediasına istinadən xəbər verir ki, buna səbəb onun pandemiya və fövqəladə vəziyyət dövründə oğluna toyu etməsi olub.

Mərasimdə yüzdən çox qonaq iştirak edib. Toy mətbuatda qalmaqala səbəb olub və Baş Qərargah rəisinin istefası ilə nəticələnib.

Qeyd edək ki, A.Davtyan 2018-ci il mayın 24-dən bu vəzifəni icra edirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu