Göygöldə itkin düşən məktəbli tapılıb


Göygöldə itkin düşən məktəbli tapılıb


Göygöldə itkin düşən məktəbli tapılıb.

APA-nın məlumatına görə, Göygöl sakini Taleh Hüseynov Polis Şöbəsinə ərizə ilə müraciət edərək qızı, Göygöl rayon 4 saylı məktəbin 10-cu sinif sagirdi, 2004-cü il təvəllüdlü Nübar Hüseynovanın itkin düşdüyünü bildirib.

Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N. Hüseynovanın olduğu yer müəyyən edilərək ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu