İranda koronavirusa yoluxanların sayı 200 mini ötdü


 İranda koronavirusa yoluxanların sayı 200 mini ötdü


İranda koronavirusa yoluxanların sayı yenə artıb.



“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

İranda daha 2 615 nəfərdə koronavirusun aşkarlandığı bildirilib. Bununla da yoluxma faktlarının sayı 200 262-yə çatıb.

Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı daha 120 nəfər artaraq 9 392 nəfərə yüksəlib.

Bundan başqa, indiyədək 159 192 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,6 milyonu ötüb. Bunların 4,5 milyondan çoxu sağalıb, 456 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu