"İnsan Hüquqları və Maarifçilik" İctimai Birliyi yeni layihəyə başlayır – “Fake news”a qarşı mübarizə


"İnsan Hüquqları və Maarifçilik" İctimai Birliyi yeni layihəyə başlayır –


Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "İnsan Hüquqları və Maarifçilik" İctimai Birliyi yeni layihəyə başlayır.



Cebhe.info xəbər verir ki, “Qlobal şəbəkələrdən informasiya təzyiqinə qarşı effektiv mübarizə üsulları” adlı layihə 3 ay (20 iyun -20 sentyabr) müddətində keçiriclək. Layihənin əsas məqsədi Azərbaycana qarşı internet qlobal şəbəkəsindən, xüsusilə sosial şəbəkələrdə və qeyri-konstruktiv mövqeli KİV-lərdə “Fake news” (Saxta xəbər) hücumları və bütövlükdə informasiya təzyiqi haqqında cəmiyyətin məlumatlandırılmasıdır.

Təşkilatın sədri və layihənin rəhbəri Rəfail Becanov bildirib ki, layihənin əsas istiqaməti internetdə saxta xəbərlərə qarşı mübarizədə vətəndaş cəmiyyətinin mövqeyinin güclənməsi, ictimai fəallığın artırılmasında gənclərin və sosial şəbəkə aktivlərinin (bloggerlərin) fəaiyyətinin artırılması üçün maariflənmə və izahat tədbirlərinin təşkil edilməsidir:

“İnternet qlobal şəbəkə olaraq, həyatımızın ayrılmaz hissəsidir. Xüsusən sosial şəbəkələr gündəlik həyatımıza daxil olub, informasiya almaq və yaymaq üçün ən rahat vasitədir. Xəbər axtarmaq, almaq və yaymaq zamanı hər bir internet istifadəçisi bu subyektin imkanlarından istifadə edir. İnternet azadlığı hər kəsin bu şəbəkəyə çıxış imkanlarını asanlaşdırır. Bu gün ölkənin bütün yerlərində internet əlçatandır və demək olar ki, bütün yaş qruplarına bu imkandan istifadə üçün münbit şərait var”. Layihə rəhbəri hesab edir ki, sosial şəbəkələrin əlçatanlığı Azərbaycanın əleyhinə çalışan qüvvələrin də işini asanlaşdırır: ““Fake news” – saxta xəbər istehsalçıları sosial şəbəkə vasitəsilə insanları yanlış, zərərli, ölkə və dövlət üçün təhlükə vəd edən informasiyalarla "yükləməyə", mühasirəyə almağa çalışır və müxtəlif zərərli maraqların təminatçısı olaraq, cəmiyyəti öz maraqlarına tabe etmək və bu tabeçilikdən də maraqlarının ifadəçisinə çevirməyə çalışırlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu