Daha bir həkim koronavirusdan vəfat etdi


 Daha bir həkim koronavirusdan vəfat etdi


Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.



Xəzər Televiziyasının aparıcısı və xəbər redaktoru Yusif Kərimli APA-ya bildirib ki, bibisi, həkim-pediatr Gülnarə Xəlilova ötən gün vəfat edib:

"Bibim, 1959-cu il təvəllüdlü Gülnarə Xəlilova Mərdəkanda 26 saylı birləşmiş şəhər xəstəxanasında uşaq həkimi idi. Koronavirusa yoluxduğu üçün ötən gün Neftçilər Xəstəxanasına yerləşdirilib, dünən elə orada da vəfat edib”.

Y. Kərimli qeyd edib ki, G.Xəlilova şəkər xəstəliyindən də əziyyət çəkirmiş.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu