İstehlakçılar və sahibkarlar öz sosial məsuliyyətlərini unutmamalıdırlar


İstehlakçılar və sahibkarlar öz sosial məsuliyyətlərini unutmamalıdırlar


COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi, o cümlədən bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi tətbiq edilən ərazilərdə artıq xeyli müddətdir ki, müxtəlif dövlət qurumları tərəfindən fəaliyyətinə icazə verilmiş sahələrdə xüsusi karantin şərtlərinə, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi vəziyyəti ilə bağlı monitorinqlər keçirilir.



AFN xəbər verir ki, monitorinqlər zamanı bir çox istehsal sahələrində, ticarət və xidmət obyektlərində müəyyən olunmuş qaydaların pozulması hallarına rast gəlinir, sahibkarlıq subyektləri tərəfindən müvafiq tələblərə etinasız, bir çox hallarda formal yanaşıldığı aşkarlanır.
İqtisadçı ekspert Qalib Toğrul ticarət və xidmət sahələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına əməl olunmasını günün vacib və təxirəsalınmaz addımı olduğunu bildirib: “İri supermarketlər istisna olmaqla, bu gün şəhərin əksər ticarət obyektlərində karantin rejiminin tələblərinə ya əməl olunmur, ya da qismən əməl olunur. Sahibkarlar anlamalıdırlar ki, obyektin girişində dezinfeksiyaedici məhlulların yerləşdirilməsi, işçilərin maska taxması, istehlaklçıların mağazalara növbə ilə girişinin təşkili onların sosial məsuliyyətidir. İstehlakçılar isə öz növbələrində fiziki məsafəni gözləməli, maska taxmalı və növbəliliyə riayət etməlidirlər ki, sıxlıq yaranmasın. Sahibkarlar onu da unutmamalıdırlar ki, bu bəladan qurtulmaq onların bizneslərinin normal vəziyyətə dönüşü üçün vacibdir. İstehlakçılar və sahibkarlar bu prosesdə bir-birlərinə nəzarət etməli, karantin rejiminin tələblərinə əməl olunmasına çalışmalıdırlar”.
Bu tələblərə riayət edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə monitorinqləri davam etdiriləcək və müəyyən olunmuş tələblərə əməl etməyən ticarət obyektləri barəsində ciddi tədbirlər görüləcəkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu