Doğum günündən bir neçə gün sonra şəhid olan qəhrəman gizir - VİDEO


 Doğum günündən bir neçə gün sonra şəhid olan qəhrəman gizir -


Ömrünün 7 ilini döyüş səngərlərində keçirdi şəhid gizirimiz. Bu illər ərzində ön xəttə neçə-neçə hərbçi yoldaşlarının həyatını xilas etdi. Atası Ayaz Zeynallı da hər zaman oğlunun hərbidə çalışmasını istəyib. Elə şəhidimizin də ən böyük arzularından biri hərbi sahədə işləmək olub. Bu arzusunu gerçəkləşdirməyə nail olan İlqar həkim kimi bacarıqlarını da məhz vətən səngərində yerinə yetirdi, mərd və qəhrəman şəhidimiz!



İlqar Zeynallı ölümündən bir neçə gün əvvəl, daha dəqiq desək, iyul ayının 9-u 25 yaşını qeyd etdi. Ertəsi gün yenidən xidmətə cəhbəyə yollandı. Sonuncu mesajını iyul ayının 13-ü şəhidlik zirvəsinə ucalmamışdan cəmi bir neçə saat öncə yazdı. Mesaj isə bu oldu; “Narahat olmayın hər şey yaxşıdır”.

Mərd vətən oğlundan geriyə qəlblərdə yaşayan adı və heç vaxt unudulmayacaq xatirələri qaldı. Bu gün Tovuz rayonunun Cəilli kəndində hər kəs onun adını dərin hörmət və ehtiramla yad edir. Vətən üçün qəhrəman, xalq üçün ölməz olan İlqar Zeynallı, Allah sənə rəhmət eləsin!

Baku.Tv-nin şəhidimiz haqqında hazırladığı süjeti təqdim edirik.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu