2 gün iş olmayacaq


Azərbaycanda iyun ayı üçün bayram günlərinin tarixləri açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 15 iyun Milli qurtuluş günü və 26 iyun Silahlı Qüvvələr günü qeyri-iş günləridir.

Qeyd edək ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə edib. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi.

Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. 1993-cü ilin yayında Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Vətənin bu ağır dövründə Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun bizim tariximizə Milli qurtuluş günü kimi daxil oldu. 1997-ci ilin iyun ayında Milli Məclis ictimaiyyətin rəyi ilə razılaşaraq, həmin günü bayram elan etdi.

1991-ci il oktyabrın 9-da isə Azərbaycan Respublikasının Ali Soveti ordu yaradılması haqqında qanun qəbul etdi.
Azərbaycan Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu