V-IX siniflər əyani təhsilə başladılar


Oktyabrın 1-dən V-IX sinif şagirdləri həftədə 3 dəfə olmaqla əyani dərslərə cəlb ediliblər.



Təhsil Nazirliyindən AFN-ə verilən məlumata görə, əyani dərslərdə həftəlik dərs yükü 15 saat müəyyənləşdirilib. Digər dərs saatları distant formada tədris ediləcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi pandemiya şəraitinə uyğun olaraq təşkil edilir, sanitar-epidemioloji qaydalara bütünlüklə əməl edilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu