Daha bir deputat koronavirusa yoluxdu


Milli Məclisin deputatları arasında koronavirusa yoluxma halları artıb.



AFN Modern.az-a istinadən xəbərinə görə, Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev də COVID-19-a yoluxub. Yaxınlarının verdiyi məlumata görə, deputat ev şəraitində müalicəsini davam etdirir.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Milli Məclisin deputatları olan Rəşad Mahmudov, Tahir Mirkişili, Azər Badamov, Tahir Kərimli, Məşhur Məmmədov, Sədaqət Vəliyeva, Məzahir Əfəndiyev, Vüqar Bayramov, Qənirə Paşayeva, Soltan Məmmədov, Nizami Səfərov da koronavirusa yoluxub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu