Arəstə Baxışova “Vətən uğrunda” medalı ilə qiymətləndirildi


Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.



Təltif olunanlar arasında şəhid olan qadın hərbçimiz Arəstə Baxışova da var.

Baxışova Arəstə Kərim qızı ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Qeyd edək ki, Arəstə Baxışova Vətən müharibəsində yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə ucalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu