Ermənistan statistikanı gizlədir: itkiləri 15 mindən çoxdur – AÇIQLAMA


"Ermənistan müharibədə ölənlərlə bağlı statistikanı açıqlaya bilmir. Onların itkiləri 10-15 mindən çoxdur".



Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyanın savaşda 5 mindən çox erməni hərbçisinin həlak olması ilə bağlı fikirinə aydınlıq gətirərkən deyib. Ekspert qeyd edib ki, ermənistan Azərbaycandan 5 dəfə çox itki verib:

"Ermənistanın itkiləri çoxdur, gizlədirlər. Ermənistanın itkiləri üç qrupa bölünür.

1. "Qarabağ"dakı insanlar, onların qeydiyyatı yoxdur. Onların meyiti Ermənistana aparılmır. Öldü, vəssalam, elə oradaca dəfn edirlər;

2. Muzdlular;

3. Ermənistanın öz vətəndaşları.

Kiçik döyüşlər olanda belə Ermənistan itkilərini gizlədib. Tovuz hadisələrində yüzlərlə adam itirib, 2016-cı ilin Aprel döyüşlərində 500-dən çox vətəndaşı ölüb. Hərəsinə bir ad qoyub. Çayda boğulub, maşın qəzasında ölüb, beləcə, ölmüşlərin ailələrinə məlumat verirdilər".

Emin həsənli hesab edir ki, indi bunu gizlətmək mümkün deyil:

"Həm əsirləri çoxdur, həm itkiləri. Ermənistanın vəziyyəti çox pisdir, həm texnikalarını itiriblər, həm 30 ildir vermək istəmədikləri torpaqları, həm də yüksəkliklər əllərində ola-ola məğlub olublar. Həm də xalqı aldadıblar ki, onların məğlubedilməz ordusu var".

Qeyd edək ki, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Ermənistanın müharibədə itkilərinin sayını açıqlayıb. O, 5 mindən çox erməni hərbçisinin həlak olduğunu, minlərlə insanın itkin düşdüyünü deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu