Dənizçilər “YAŞAT” Fonduna ianə ediblər


Daim sosial həmrəylik nümayiş etdirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları işğal altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna əmək haqlarından könüllü olaraq vəsait köçürüblər.



ASCO ailəsinin üzvləri ümumilikdə “YAŞAT” Fonduna 548 min 187 manat məbləğində ianə ediblər.

ASCO kollektivi olaraq Vətən müharibəsində şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına başsağlığı verir, döyüşlərdə yaralanan hərbçilərimizə şəfa diləyirik. Vətən torpağı uğrunda tərəddüd etmədən canından keçən şəhidlərimizi daim hörmətlə anmaq, onlardan bizə yadigar qalan ailələrin, müharibə zamanı yaralanan qazilərimizin sosial müdafiəsi və övladlarının firavan gələcəyini təmin etməyi missiyamız hesab edirik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu