AFN.AZ / Milli QHT Forumu dəyirmi masa keçirəcək

Milli QHT Forumu dəyirmi masa keçirəcək

Milli QHT Forumu dəyirmi masa keçirəcək


Azərbaycan Milli QHT Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” adlı layihə icra edir.



Layihə çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə “İntellektual insan və vətəndaş cəmiyyəti” mövzusunda dəyirmi masa keçiriləcəkdir. Dəyirmi masada dövlət, QHT və KİV nümayəndələri iştirak edəcəkdir.

Ünvan: Bakı şəhəri, Hökumət Evi ,Ü. Hacıbəyli küçəsi, 84

Tarix: 16 oktyabr 2017-ci il, saat 11:00
13-10-2017, 11:31
Geri qayıt