AFN.AZ / İndoneziya səfiri ATMU-da olub

İndoneziya səfiri ATMU-da olub

İndoneziya səfiri ATMU-da olub


İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Husnan Bey Fananie Azərbaycan Turizm və Menecment Universitetinin qonağı olub.

ATMU-nun rektoru İlham Mədətov tərəfindən səmimi qarşılanan böyük elçiyə təhsil-təlim-təcrübə modeli və beynəlxalq əlaqələrin səmərəsi barədə məlumat verilib.Söhbət əsnasında turizm ixtisasında təhsil alan tələbələrin İndoneziya Respublikasının nüfuzlu otel və turizm müəssisələrində istehsalat təcrübəsinin təşkilinə dair fikir mübadiləsi aparılıb.
20-11-2017, 10:13
Geri qayıt