AFN.AZ / ATMU-da 2016/2017-ci tədris ili üzrə təcrübənin nəticələri müzakirə edilib.

ATMU-da 2016/2017-ci tədris ili üzrə təcrübənin nəticələri müzakirə edilib.

ATMU-da 2016/2017-ci tədris ili üzrə təcrübənin nəticələri müzakirə edilib.


Azərbaycan Turizm və Menecment Universitetində 2016/2017-ci tədris ili üzrə təcrübənin nəticələri müzakirə edilib.

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU)Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva hesabat məruzəsində qeyd edib ki, 2016/2017-ci tədris ili üzrə istehsalat təcrübəsinin müdafiəsi akademik təqvimə uyğun olaraq 18 sentyabr 2017-ci il tarixində başlayıb və 05 oktyabr 2017-ci il tarixində başa çatıb.

N.Abdullayeva diqqətə çatdırıb ki,Turizm və otelçilik ixtisası, eyni zamanda Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) üzrə təhsil alan tələbələr üçün təcrübə müddəti 22 həftə müəyyən edilib.

2016/2017-ci tədris ilində əyani şöbədə təhsil alan 140,eyni zamanda qiyabi şöbənin 24 nəfər tələbəsi istehsalat təcrübəsində olub.Bildirməliyəm ki, həmin tələbələrdən 22 nəfəri akademik borclarının ötən tədris ili üzrə müəyyən edilən limiti keçməsi səbəbindən təcrübəyə buraxılmayıb.

2016/17-ci tədris ilində 59 nəfər Bakıda, 15 nəfər Azərbaycanın müxtəlif şəhər və rayonlarında (Qəbələ, Qax, Gəncə, Şəki, Lənkəran, Lerik, Balakən, Şabran, Göyçay, Mingəçevir, Lahıc), 49 nəfər xaricdə (Türkiyə, İsrail, ŞKTC, Rusiya) istehsalat təcrübəsində olub.

Azərbaycan Turizm və Menecment Universitetində Tədris proqramına uyğun olaraq 2016/2017-ci tədris ilində II kursda təhsil alan 86 magistr-tələbə elmi-tədqiqat təcrübəsi, 43 magistr-tələbə isə pedaqoji təcrübəni uğurla başa vurub.
20-11-2017, 17:29
Geri qayıt