AFN.AZ / Dünyanın ən xoşbəxt ölkələrinin siyahısı açıqlandı

Dünyanın ən xoşbəxt ölkələrinin siyahısı açıqlandı

Dünyanın ən xoşbəxt ölkələrinin siyahısı açıqlandı


BMT-nin martın 14-də dərc olunan məruzəsinə əsasən, Finlandiya dünyanın ən xoşbəxt ölkəsi hesab olunub.

Xarici KİV-lər xəbər verir ki, insan ömrünün gözlənilən uzunluğu, sosial dəstək, korrupsiya və bu kimi digər göstəricilərin nəzərə alındığı “The World Happiness Report” məruzəsində dünyanın 156 ölkəsinə qiymət verilib.

“Finlandiya bu hesabatda ilk dəfədir ki, birinci yerə yüksəlib. Ötən il siyahıya liderlik edən Norveç isə ikinci pilləyə enib”, - deyə BMT-nin məruzəsində bildirilir.

Həmçinin reytinqdə ilk onluğa Danimarka, İslandiya, İsveçrə, Niderland, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya daxil olub.
14-03-2018, 16:31
Geri qayıt