AFN.AZ / ƏMDK müsabiqə elan edib

ƏMDK müsabiqə elan edib

ƏMDK müsabiqə elan edib


Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Torpaq idarəçiliyi, torpaq tədqiqatı və kadastr sahəsində müasir yanaşmalar: yeni ideyalar və onların praktiki tətbiqi məsələləri” mövzusunda gənc alimlərin, doktorant və magistrantların ən yaxşı elmi-təqdiqat işləri üçün müsabiqə elan edib.



Məqalələr və layihələr 1 sentyabr 2018-ci il tarixinə qədər qəbul edilir. Müsabiqədə gənc alimlər, doktorantlar, magistrantlar və tələbələr iştirak edə bilərlər. Müsabiqə Komissiyasının qərarı ilə müsabiqənin nəticələrindən asılı olaraq, ən yaxşı 3 işin müəllifinə Diplom və aşağıdakı məbləğlərdə pul mükafatları təqdim ediləcəkdir:

I yer – 500 manat;

II yer – 300 manat;

III yer – 200 manat.

Məqalələr 5-6 səhifə həcmində elektron və çap olunmuş formada AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna təqdim olunur.

Ünvan: Az 1143, Bakı şəh. H.Cavid pros. 115

Elektron poçt: zakir_eminov@mail.ru

Telefon: (050) 590 43 88

Əlaqələndirici: coğrafiya üzrə elmlər doktoru, Zakir Namin oğlu EMİNOV
15-05-2018, 10:23
Geri qayıt