AFN.AZ / BBPQF-nin prezidenti Amany Asfour Azərbaycan qadınları ilə görüşüb-

BBPQF-nin prezidenti Amany Asfour Azərbaycan qadınları ilə görüşüb-

BBPQF-nin prezidenti Amany Asfour Azərbaycan qadınları ilə görüşüb-


Millət vəkili Qənirə Paşayeva və Azərbaycanın bir qrup fəal qadını Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfourla görüşüblər.

AFN xəbər verir ki, görüş zamanı Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfoura Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verilib. Millət vəkili Q.Paşayeva xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfoura məlumatlar verib, fikir mübadiləsi aparılıb. Q.Paşayeva bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar köçkün qadınların yanında olmalıdır. Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materialları Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfoura təqdim edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib və "sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq" deyib.
Azərbaycanla əməkdaşlığı genişləndirməkdə çox maraqlıyır deyən Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfoura Azərbaycana səfər etmək istədiyini və rəhbərlik etdiyi beynəlxalq təşkilatla Azərbaycan arasında əməkdaşlığın genişlənmədinə çalışacağını deyib. Azərbaycan qadınlarını bu beynəlxalq platformada da aktiv görmək istəyirik deyən Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfoura ölkəmizdə qadınlarla bağlı həyata keçirilən layihələri maraqla dinlədiyini və məmnuniyyətverici olduğunu deyib və Azərbaycan qadınlarına uğurlar diləyib.

BBPQF-nin prezidenti Amany Asfour Azərbaycan qadınları ilə görüşüb-

BBPQF-nin prezidenti Amany Asfour Azərbaycan qadınları ilə görüşüb-

BBPQF-nin prezidenti Amany Asfour Azərbaycan qadınları ilə görüşüb-
17-05-2018, 18:45
Geri qayıt