AFN.AZ / “Beynəlxalq bioloji müxtəliflik günü” münasibətilə məktəblilərlə görüş keçirilib

“Beynəlxalq bioloji müxtəliflik günü” münasibətilə məktəblilərlə görüş keçirilib

“Beynəlxalq bioloji müxtəliflik günü” münasibətilə məktəblilərlə görüş keçirilib


“Beynəlxalq bioloji müxtəliflik günü” münasibətilə “Biomüxtəliflik və 25 illik fəaliyyət” devizi altında 6 nömrəli məktəb-liseyinin məktəblilərlə görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, görüşü giriş sözü ilə açan nazirliyin əməkdaşı Umayra Tağıyeva bu günün əhəmiyyəti, tarixi, respublika ərazisində xüsusi mühafizə olunan təbiət əraziləri barədə məktəblilərə məlumat verib. Milli parklar və orada qorunan biomüxtəliflik, o cümlədən balıqlar haqqında uşaqlara göstərilən video çarxlar uşaqlar tərəfindən maraqla qarşılanıb.

Daha sonra məktəblilər tərəfindən bu günün mahiyyətinə uyğun çəkdikləri rəsmlər nümayiş etdirilib.

Qeyd edək ki, Dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulmuş Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000-ci ildə qoşulub.

“Beynəlxalq bioloji müxtəliflik günü” münasibətilə məktəblilərlə görüş keçirilib

“Beynəlxalq bioloji müxtəliflik günü” münasibətilə məktəblilərlə görüş keçirilib

“Beynəlxalq bioloji müxtəliflik günü” münasibətilə məktəblilərlə görüş keçirilib
22-05-2018, 15:30
Geri qayıt